Modern.az

Bir rəsm Hollandiya ilə Türkiyə arasında qalmaqal yaratdı

Bir rəsm Hollandiya ilə Türkiyə arasında qalmaqal yaratdı

Təhsil

29 Mart 2015, 11:29

Avropa Renessans dövrünün nəhəng rəssamlarından olan Vinsent Van Qoqun itkin düşən əsərlərindən biri Türkiyənin Toqat ərazisində aşkarlanıb. Hollandiyada fəaliyyət göstərən Van Qoq muzeyi bununla bağlı məlumat əldə edəndən sonra rəsm əsərini rəsmi şəkildə Türkiyədən tələb edib. Proses hazırda hər iki ölkənin ədliyyə nazirlikləri səviyyəsində davam etdirilir.

Modern.az
Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur rəssamın əsəri Toqatda qaçaqmalçılara qarşı əməliyyat zamanı ələ keçirilib. “Qoca dəyənəklə” adlanan rəsm əsəri Van Qoqun hazırda axtarılan 37 əsərindən biri hesab olunur.


Elmin NURİ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə