Modern.az

Türkiyənin media nümayəndələri Bakıya gəlir - “Səmərəli görüşlər keçiriləcək” - Cavanşir Feyziyev

Türkiyənin media nümayəndələri Bakıya gəlir - “Səmərəli görüşlər keçiriləcək” - Cavanşir Feyziyev

Təhsil

29 Mart 2015, 11:40

Türkiyənin böyük media orqanlarının nümayəndələri Azərbaycanda səfərdə olacaq.

Mətbuat Şurasının Beynəlxalq əlaqələr komissiyasının sədri, deputat Cavanşir Feyziyev Modern.az-a bildirib ki, türkiyəli media nümayəndələrinin ölkəmizə səfərinin məqsədi qarşılıqlı əlaqələrin möhkəmləndirilməsidir:

“Təxminən 20 nəfərlik media nümayəndələri aprelin 2-dən etibarən 4 gün müddətində Azərbayanda olacaqlar. Həm rəsmi dövlət, həm də mətbuat orqanları ilə səmərəli görüş keçirəcəklərini düşünürük”.

Onun sözlərinə görə, görüşdə əsas müzakirə qardaş ölkənin mətbuat orqanlarında Azərbaycan həqiqətlərinin qeyri-dəqiq işıqlandırılmasından ibarət olacaq:

“Türkiyə mətbuatında vaxtaşırı Azərbaycan həqiqətləri haqqında o qədər də dəqiq olmayan məlumatların yer aldığının şahidi oluruq. Bütün bunlar isə narazılıqla qarşılanır və Azərbaycandan həmin mətbuat orqanlarına müraciətlər olunur və yanlışlıqlar bundan sonra düzəldilir.

Vəziyyətin bu şəkildə davam etməsi heç də xoşagələn deyil. Ona görə Türkiyənin ən böyük xəbər agentlikləri və mətbuat orqanlarının, o cümlədən CNNtürk, “Habertürk”, “Hürriyyət” kimi qəzetlərinin nümayəndələrinin, Qəzetçilər Federasiyasının üzvlərini və bir sıra digər televiziya və media orqanlarının əməkdaşlarını Azərbaycana dəvət etmişik.

Məqsəd Mətbuat Şurasının həmin media orqanları ilə birbaşa əlaqələrini qurmaqdır ki, onlar da qarşılıqlı şəkildə gündəlik faliyyətlərində bu əlaqələrdən istifadə etsinlər. Azərbaycan mətbuatında Türkiyə dövlətinin, əhalisinin maraqları qorunduğu kimi,  Türkiyədə də Azərbaycan dövlətinin, vətəndaşlarının maraqlarının qorunması təmin olunmalıdır”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə