Modern.az

Daxili Qoşunların Ali Hərbi Məktəbinə tələbə qəbulu elan edilib

Daxili Qoşunların Ali Hərbi Məktəbinə tələbə qəbulu elan edilib

Təhsil

29 Mart 2015, 12:01

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə 2015/2016-cı tədris ili üçün tələbə qəbulu elan edilib.
Modern.az TQDK-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış siniflərimdə oxuyan və ya tam orta təhsilli, 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları sırasından seçilirlər. Ətraflı məlumat əldə etmək üçün //tqdk.gov.az/news/general/1208/ linkinə daxil olun.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə