Modern.az

Bu yoldan istifadə edən sürücülərə şad XƏBƏR

Bu yoldan istifadə edən sürücülərə şad XƏBƏR

Təhsil

29 Mart 2015, 14:55


Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidinin yaxınlığında əsas yoldan köməkçi yola keçmək üçün nəqliyyat vasitələrinə şərait yaradılıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Modern.az-a verilən məlumata görə həmin hissədə ayrıcı zolaq təxminən 60 metr məsafədə götürülərək, yeni bir hissə salınıb. 

Ərazidə yol nişanları yerləşdirilərək üfüqi nişanlanma işi həyata keçirilib.  

Artıq Heydər Əliyev prospektinin əsas yolundan hərəkət edən nəqliyyat vasitələri yeni yaradılan hissədən istifadə etməklə Nizami rayonu 8-ci km qəsəbəsinə rahat hərəkət edə bilərlər.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə