Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tapşırığı ilə restavrasiya olunmuş qədim Lənkəran Xan sarayının tarix diyarşünaslıq muzeyi kimi bədii tərtibatı ilə maraqlanıb. Qeyd edək ki, bu tarixi abidə 1913- cü ildə tikilib. Ötən müddət ərzində bina müxtəlif məqsədlər üçün istifadə olunub, son illər isə tarix diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib. Son günlər muzeydə restavrasiya işləri keyfiyyətlə aparılıb. Hazırda Mədəniyyət Nazirliyinin yaradıcı kollektivi çox gərgin iş qrafiki ilə ən müasir muzey tərtibatı texnologiyalarından istifadə edərək, burada tamamlama işlərini başa catdırırlar.
Hadi Rəcəbli Mədəniyyət Nazirliyinin tərtibat işi aparan muzey layihə işlərinin elmi rəhbəri, tədqiqatçı alim İlqar Əliyev, əməkdar incəsənət xadimi Vaqif Nəzirov, rəssam Tofiq Əhmədov və digərləri ilə görüşüb, onlarla fikir mübadiləsi aparıb, nazirliyin fədəkar mütəxəssislərinin zəhmətini xüsusi qiymətləndirib.