Modern.az

Milli Məclisin deputatları NATO PA-nın seminarına qatılacaq

Milli Məclisin deputatları NATO PA-nın seminarına qatılacaq

Təhsil

30 Mart 2015, 11:08


Milli Məclisin deputatları Rauf Əliyev və Siyavuş Novruzov NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarında iştirak etmək üçün martın 30-dan aprelin 3-dək Serbiyanın paytaxtı Belqradda səfərdə olacaqlar.

Modern.az xəbər verir ki, tədbirdə Serbiya Respublikası Parlamentinin spikeri Maja Gojkoviç, NATO PA-nın vitse-prezidenti Paolo Allı və digər rəsmi şəxslər çıxış edəcəklər. 

Seminarda Serbiyanın Avro-Atlantika icmasında yeri, Qərbi Balkanlarda regional əməkdaşlıq, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, müdafiə idarəçiliyi sahəsində islahatlar, habelə Yaxın Şərqdə, Şimali Afrikada xarici döyüşçülərin iştirakı və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Millət vəkilləri müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə