Modern.az

Çexiya prezidenti Moskvaya Qələbə paradına gedəcək

Çexiya prezidenti Moskvaya Qələbə paradına gedəcək

Təhsil

30 Mart 2015, 11:13


Çexiyanın prezidenti Miloş Zeman may ayının 9-da Moskvada təşkil olunacaq Qələbə paradında iştirak edəcək. Modern.az xəbər verir ki, bu haqda siyasətçi Frekvence 1 radiostansiyasına müsahibəsində bildirib: “Mən ora təşəkkür üçün gedirəm ki, bu ölkədə biz alman dilində danışmamalıyıq, “Hayı Hitler” deməməliyik”.

Onun fikrincə, Sovet İttifaqı olmasaydı, Hitlerə qalib gəlmək mümkün deyildi: “Bunun dəyəri – 20 milyon sovet vətəndaşının qırılması olub”.

Çexiya liderinin sözlərinə görə, Almaniyanın kansleri Angela Merkelin mayın 9-dakı təntənəli tədbirdə iştirakdan imtinası adi “siyasi hiyləgərlikdir”.

Miloş Zemanın fikrincə, Merkelin Moskvaya bir gün sonra getməsi Rusiya lideri ilə danışmaq üçün daha çox vaxt imkanı əldə etməsi ilə bağlıdır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə