Modern.az

Kinorejissor Nikita Mixalkov Bakıya gəlir

Kinorejissor Nikita Mixalkov Bakıya gəlir

Təhsil

30 Mart 2015, 12:49


Mart ayının 31-də Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor Nikita Mixalkov Bakıya səfərə gələcək.
Modern.az xəbər verir ki, qısamüddətli  səfər zamanı Rusiya kinosunun ən böyük simalarından olan, “Beş gecə”, “Piano üçün yarımçıq qalmış pyes” “Oblomovun həyatından bir neçə gün", “Şahidlərsiz”, “Qara gözlər”, ”Urqa”, “Günəşdən usanmışlar", "Sibir bərbəri", "12", “Günvurma” və bir çox başqa filmlərin müəllifi Nikita Mixalkov azərbaycanlı həmkarları ilə görüşəcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılacaq,  paytaxtımızla tanış olacaq.

Səfər çərçivəsində Kann, Venesiya kimi dünyanın ən nüfuzlu kino festivallarının qalibi, “Oskar” mükafatı laureatı Nikita Mixalkovun gənc kinematoqrafçılar üçün ustad dərsi təşkil olunacaq.    


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə