Modern.az

Ərdoğandan İrana CAVAB: “Təxirə salınmayacaq”

Ərdoğandan İrana CAVAB: “Təxirə salınmayacaq”

Təhsil

30 Mart 2015, 13:31


İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədr müavini Mənsur Həqiqətpurun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehran səfərinə qarşı çıxmasına reaksiya gəlib.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan onun İrana gəlməməsi tələbinə cavab verib. Türkiyə prezidenti bildirib: “Onlar mənim tərəf müqabilim deyil. Səfər proqramında bir dəyişiklik yoxdur”.  

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Yəmən məsələsində İranın tutduğu mövqeni tənqid etməsi Mənsur Həqiqətpurun narazılığına səbəb olub.

O deyib ki, Türkiyə dövlət başçısı İrana nəzərdə tutulan səfərini təxirə salmalıdır.  

Modern.az    

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə