Modern.az

Bəşər Əsədə qarşı döyüşməkdə ittiham olunan azərbaycanlıların məhkəməsi olub

Bəşər Əsədə qarşı döyüşməkdə ittiham olunan azərbaycanlıların məhkəməsi olub

Təhsil

30 Mart 2015, 14:34



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə ittiham olunan Azərbaycan vətəndaşlarının işinə baxılıb.

Bu haqda Modern.az-a təqsirləndirilən şəxs Tural Həsənovun hüquqlarını müdafiə edən vəkil Elmar Süleymanov məlumat verib. 
O qeyd edib ki, keçirilən hazırlıq iclasında bir neçə vəsatət qaldırılıb: “Əvvəlcə təqsirləndirilən şəxslərin məhkəmə zalında dəmir qəfəsdən çıxarılıb vəkillərin yanında oturmalarına icazə verilməsi haqda vəsatət qaldırdıq. Avropa Məhkəməsi barəsində qanuni qüvvəyə minmiş hökm olmayan şəxslərin dəmir qəfəsdə oturdurulmasını işgəncə kimi qiymətləndirir. Bu birbaşa konvensiyanın 3-cü maddəsinin pozulmasıdır. Əfsus ki, məhkəmə bu vəsatəti təmin etmədi. Digər vəsatətimiz də təmin olunmadı”.

Vəkilin fikrincə, ümumiyyətlə, terrorçuluq cinayətinin obyekti olur: “Hakimiyyətdən və ya digər qurumlardan hər hansısa bir qərarın qəbul edilməsi, yaxud edilməməsini tələb etməklə haranınsa partladılması, yandırılması, dağıdılması, şəxslərin öldürülməsi kimi hərəkətlərə terror deyilir. Biz istintaq orqanından terror obyektinin ünvanını, zərərçəkənlərin kimliyini soruşduqda onlar bizə cavab verə bilmədi. Bu şəxslərin Suriyada olub-olmamasını göstərən bir sübut yoxdur”.

Növbəti məhkəmə prosesi aprel ayının 6-da keçiriləcək.  

Tural Həsənovdan başqa daha 5 nəfər Suriyanın dövlət başçısı Bəşər Əsədə qarşı döyüşməkdə ittiham olunur. Onlar əvvəlcə şahid qismində dindirilib, daha sonra isə həbs ediliblər. Artıq bir ildən çoxdur həbsdədirlər.   

Gülşən RAUFQIZI  
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə