Modern.az

Dini tənqid edən yazar öldürüldü

Dini tənqid edən yazar öldürüldü

30 Mart 2015, 15:37

Banqladeşin paytaxtı Dəkkədə yazıçı öldürülüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yazar Vaşikur Rəhmana evinə bir neçə yüz metr qalmış hücum edilərək qətlə yetirilib.

Yerli polis mənbələri, 27 yaşındakı Rəhmanın dini tənqid edən yazılarla tanındığı bildirib. Digər məlumata görə, hadisə yerindən qaçmağa çalışan iki şübhəli saxlanılıb.

Qeyd edək ki, Banqladeşdə fevral ayında ateist yazar Avijit Royu da parçalayaraq öldürüblər.  

Şahin Qocayev

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə