Modern.az

Sadıq Sadıqovun "Neftçi"nin prezidenti postundan getməsi və yerinə Çingiz Abdullayevin gətirilməsi xəbəri YALAN çıxdı

Sadıq Sadıqovun "Neftçi"nin prezidenti postundan getməsi və yerinə Çingiz Abdullayevin gətirilməsi xəbəri YALAN çıxdı

Təhsil

30 Mart 2015, 17:40


Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) baş sponsoru olduğu "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun vəzifəsindən istefa verdiyinə dair xəbərlərə münasibət bildirib. 

Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən açıqlamada məlumatı təkzib ediblər.

Bildirilib ki, heç bir istefadan söhbət getmir: "Sadıq Sadıqov hazırda "Neftçi" İdman Klubunun rəhbəridir, eyni zamanda, "Neftçi" Peşəkar Futbol Klubunun prezidentidir. "Neftçi" PFK "Neftçi" İdman Klubunun tərkibinə verilib. Bununla əlaqədar bəzi nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək",-deyə açqlamada bildirilib.

Martın 30-da bəzi internet KİV-lərində S.Sadıqovun “Neftçi”nin prezidenti vəzifəsindən istefası və yazıçı Çingiz Abdullayevin bu vəzifəyə təyin edilməsi barədə məlumat yayılmışdı.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə