Modern.az

Nemtsovun uşaqları zərərçəkən kimi tanınmalarını istəyirlər

Nemtsovun uşaqları zərərçəkən kimi tanınmalarını istəyirlər

Təhsil

31 Mart 2015, 10:23


Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun uşaqları bu həftənin sonunda atalarının ölüm işi üzrə zərərçəkən kimi tanınmalarını gözləyirlər. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, bu haqda vəkil Vadim Proxorov məlumat verib: “Boris Nemtsovun bütün uşaqları zərərçəkən kimi tanınmaları üçün müraciət ediblər. Düşünürəm ki, bu həftənin sonunda Janna, Dina, Anton və Sofya Nemtsovlar  cinayət işi üzrə zərərçəkən kimi tanınacaqlar”.

Digər məlumata görə, Boris Nemtsovun vətəndaş nikahında olan həyat yoldaşı Yekatirina Odintsova siyasətçinin qətli ilə bağlı cinayət işində şahid kimi İstintaq Komitəsinə çağırılıb.Müstəntiqlər təkcə Odintsova ilə yox, onun 19 yaşlı oğlu Anton Nemtsovla da söhbət ediblər.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə