Modern.az

Dünyanın 10 əsas valyutası - SİYAHI

Dünyanın 10 əsas valyutası - SİYAHI

Dünya

31 Mart 2015, 10:41

Beynəlxalq banklararası ödəniş təşkilatı olan “SWIFT” valyuta ödənişlərinin həyata keçirildiyi əsas 10 valyutanın reytinqini hazırlayıb.

Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Çinin öz milli valyutası - yuanı dünyanın əsas ödəniş puluna çevirmək istəyinə baxmayaraq, beynəlxalq valyuta əməliyyatlarının yalnız 1,81 faizi yuanla həyata keçirilib.
Kanada dolları və İsveçrə frankı yuanı üstələyib. Yanvar ayında 2,06 faizlə ən çox tələb olunan 5-ci valyuta sayılan yuan yeni reytinqdə 2 pillə itirərək 7-ci olub.

Ekspertlər bunu Çində Yeni il bayramının uzun olması və ölkə iqtisadiyyatının artma tempinin azalması ehtimalı ilə əlaqələndirirlər.

Xatırladaq ki, SWIFT-in 2014-cü ilin yekunları ilə bağlı açıqladığı reytinqdə ABŞ dolları dünyanın əsas ödəniş valyutası kimi ilk pillədə idi. Ötən il ərzində beynəlxalq pulköçürmə əməliyyatlarının 44,6 faizi dollarla gerçəkləşmişdi. 2-ci pillədə isə 28,3 faizlə avro qərarlaşmışdı.

Dünyanın əsas valyutalarının ilk onluğu belədir.

1. ABŞ dolları
2. Avro (Avropa İttifaqının valyutası)
3. Böyük Britaniya funtu
4. Yaponiya yeni
5. Çin yuanı
6. Kanada dolları
7. İsveçrə frankı
8. Avstraliya dolları
9. Cənubi Afrika rendi
10. Braziliya realı

Vüqar İsmayılov  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır