Modern.az

Dünyada 925 milyon ac insan var

Dünyada 925 milyon ac insan var

15 Sentyabr 2010, 17:55

Birləşmiş Millətlər Təşkilatı dünyada 925 milyon nəfərin ərzaq qıtlığından əziyyət çəkməsi barədə məlumat yayıb. Son 15 ildə dünyanın ac insanlarının sayı azalıb. Birləşmiş Millətlər Təşkilatının bu məsələ ilə bağlı açıqlamasında bildirlib ki, bu il ac insanların sayı 925 milyona düşüb. Qeyd edək ki, ötən il bu rəqəm 1.02 milyard olub.

Modern.az “The New York Times” qəzetinə istinadən bildirir ki, bu statistika Pakistandakı daşqınlardan öncəki dövr üçün hesablanıb.

“925 milyon rəqəmi hələ də qorxuludur”. Bunu isə BMT-nin Ümumdünya Ərzaq Proqramnın icraçı direktoru Joset Şiran Romadakı mətbuat konfransında deyib. Xatırladaq ki, dünyanın ən çox aclıq çəkən insanları Afrikada və Asiyada-Sakit okean sahillərindədir.
Asiyanın Sakit okean hissəsində aclıq bu il 12 faizə qədər azalıb. Afrikada isə aclıq çəkən insanlar qitənin 30 faizini təşkil edir.     Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir