Modern.az

Misir Mərdanov övladlarından ayrı yaşayır: “Ailədə iki nəfərik, aylıq gəlirim 3000 manatdan çoxdur, kifayət edir”

Misir Mərdanov övladlarından ayrı yaşayır: “Ailədə iki nəfərik, aylıq gəlirim 3000 manatdan çoxdur, kifayət edir”

Təhsil

31 Mart 2015, 23:42

Sabiq təhsil naziri, hazırda AMEA-nın Riyaziyyat İnstitutunun direktoru vəzifəsində çalışan Misir Mərdanov “İnteraz” TV-yə müsahibəsində bir sıra şəxsi sualları da cavablandırıb.

Modern.az-ın məlumatına görə, Misir Mərdanov bildirib ki, uzun müddət dövlət işində işlədiyinə görə hazırda yüksək təqaüd alır. “Yəni 2200 manata yaxın təqaüd alıram. İşlədiyim institutda isə orta hesabla isə ayda 900 manat məvacib alıram. Allah bərəkət versin. Aylıq gəlirim 3000 manatdan çox edir. Ola bilər qrantlar-filan da olsun. Proqramlar üzərində işləyirik. Ailədə iki nəfərik - həyat yoldaşım və mən. Ona görə də məvacibim tamamilə kifayət edir”.

Eks-təhsil nazirinin sözlərindən belə məlum olub ki, övladları müstəqil şəkildə yaşayırlar.

”Üç övladım var - iki qızım, bir oğlum. Oğlum Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Böyük qızım evdar qadındır. Uşağı körpə olduğundan onunla məşğuldur. Kiçik qızım da Bakı Dövlət Universitetinin filologiya fakültəsində müəllimədir, dosentdir... 
..Yeddi nəvəm var. Bu yaxınlarda böyük nəvəmin toyunu etdik. Qalan nəvələrim də yavaş-yavaş böyüyür. Hələlik məktəbdə oxuyurlar”.

M.Mərdanov deyib ki, bu ilin may ayında dörd il olacaq ki, Novxanıda bağ evində yaşayır.

”Qışda da, yayda da oradayam. Orada hər bir şəraitimiz var. Cavan vaxtı Bakıda müxtəlif yerlərdə yaşamışam. 9-cu mikrorayonda evim olub. Sonralar o evi bacımgilə verdim. Sonra “Sovetski” deyilən yerə gəlmişəm, təzə tikilən binada yaşamışam. Dəniz kənarında evim var. O evim indi də qalır. Amma indi orada yaşamırıq. Arabir gedib baxıram”.

Sabiq nazir İsmayıllıda Zərgəran kəndində də istirahət evinin olduğunu, güclü istilər olanda gedib orada dincəldiyini söyləyib. O, qohumlarının çoxunun Almaniyada yaşadığını bildirib: “Həm onlarla görüşürük, həm də qaynatam-qaynanam orada dəfn olunublar, onların məzarını ziyarət edirik”.

Şəxsi avtomobilinin olduğunu və maşını özünün sürdüyünü deyən M.Mərdanov maşın sürmək həvəskarı olduğunu da qeyd edib.


Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə