Modern.az

Fazil Mustafa “24 aprel təklifi” irəli sürdü: “10-15 min manatlıq fişəng də qoy bu tədbirə getsin”

Fazil Mustafa “24 aprel təklifi” irəli sürdü: “10-15 min manatlıq fişəng də qoy bu tədbirə getsin”

Təhsil

1 Aprel 2015, 02:13

Milli Məclisin deputatı Fazil Mustafa 24 aprel tarixində Çanaqala Zəfərinin 100 illiyinin Azərbaycanın da rəsmi şəkildə qeyd etməsi təklifini irəli sürüb.
Modern.az saytı xəbər verir ki, millət vəkili bu təklifi Milli Məclisdə də səsləndirəcəyini qeyd edib:

”Bildiyiniz kimi, 24 apreldə yalançı "erməni soyqırımı"nın 100 illiyi İrəvanda qeyd olunacaq. 24 aprel günü Türkiyədə də Çanaqqala Zəfərinin 100-cü ildönümü bayram ediləcək. Təklif edirəm ki, Türkiyə ilə həmrəyliyimizi nümayiş etdirmək üçün Azərbaycanda da məhz 24 aprel günü Çanaqala Zəfərinin 100 illiyi rəsmi şəkildə qeyd olunsun. Soruşula bilər ki, bizə nə aidiyyatı? Arqumentim aşağıdakılardır:
1) Tez-tez qürurla bildiririk ki, bu savaşda könüllü qatılmış yüzlərlə azərbaycanlı şəhid olub, onların ruhunu yad etmək üçün bu bir qədirşünaslıq addımı olardı. Biz 9 mayı da o arqumentlə qeyd edirik ki, Böyük Vətən müharibəsində azərbaycanlılar döyüşüb, şəhid və ya qazi olublar, SSRİ-nin yaşaması üçün fədakarlıq edən bu soydaşlarımızın xatirəsini əziz tutmaq üçün ediriksə, niyə Çanaqqalada öz türk millətimiz üçün döyüşənlərə eyni münasibət bəsləməyək?
2) 24 aprel yalançı "erməni soyqırımı"na qarşı eyni gündə bir türk zəfərini ifadə edən tədbir keçirməyimiz, ciddi bir iradə nümayişi və ermənilərin təbliğatına qarşı bir addım ola bilər. 10-15 min manatlıq fişəng də qoy bu tədbirə getsin, bir saatlıq da atəşfəşanlıq olsun, bununla yoxsullaşmayacağıq ki?
3) Türkiyədə geniş masştabda Xocalı soyqırımı qeyd olundu və bizimlə möhtəşəm birlik göstərdilər, bizim də eyni həmrəyliyi göstərməyimizin həm dünyaya təbliği, həm də hər iki ölkənin insanlarına müsbət təsiri olar.
Hətta yaxşı olardı ki, həmin gün Qars və ya Ərzurumda Türkiyə və Azərbaycan hərbi birləşmələrinin birgə hücum tətbiqatı da olsun. Bu təklifin qəbul olunmaması üçün hansısa bəhanə görmürəm. Ümid edək ki, rəsmi səviyyədə anlayışla qarşılanacaq”.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə