Modern.az

Ərdoğan terrorçuların prokuroru necə girov götürdüklərini AÇIQLADI

Ərdoğan terrorçuların prokuroru necə girov götürdüklərini AÇIQLADI

Təhsil

1 Aprel 2015, 10:34


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terrorçuların Çağlayan Ədliyyəsinə girməsi və prokuror Mehmet Səlim Kirazı girov götürmələrindən danışıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Rumıniyada səfərdə olan Rəcəb Tayyib Ərdoğan terrorçuların binaya vəkil libasında girdiyini bildirib.

Qeyd edək ki, Martın 31-də gecə saatlarında Türkiyədə terrorçuların girov götürdüyü prokuror Mehmet Səlim Kirazın azad edilməsi ilə bağlı xüsusi əməliyyat keçirilib. Xüsusi əməliyyat nəticəsində prokuror Mehmet Səlim Kirazı girov götürən terrorçulardan 2-si məhv edilib. 

Xüsusi əməliyyat nəticəsində girovluqdan azad edilən prokuror Mehmet Səlim Kiraz xəstəxanada vəfat edib. O, əməliyyat  xəstəxanaya yaralı olaraq aparılmışdı. Ərdoğan prokurorun başəndan 2, bədənindən isə 3 güllə yarası aldığını söyləyib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə