ATƏT-in Minsk Qrupunun həmsədrləri Vyanada Dağlıq Qarabağ münaqişəsinin nizamalanması və gələcəkdə atılacaq addımlarla bağlı müzakirələr aparıb. Modern.az-ın verdiyi məlumata görə, bunu ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik öz Tvitter mikrobloqunda bildirib:
“Vyanada ATƏT-in Minsk qrupunun nümayəndələri ilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proseslər və bundan sonra atılacaq addımlarla bağlı yaxşı danışıqlar oldu”.
Qeyd edək ki, ötən gün Uorlik Vyanada münaqişə ilə bağlı aparılan vasitəçilik səyləri ilə bağlı hesabat verəcəyini bildirib.
Şahin Qocayev