Modern.az

Elman Rüstəmov: “Gələn ilin büdcəsində neftin qiyməti 50 dollardan hesablanacaq”

Elman Rüstəmov: “Gələn ilin büdcəsində neftin qiyməti 50 dollardan hesablanacaq”

Təhsil

1 Aprel 2015, 13:41


Mərkəzi Bankın sədri Elman Rüstəmov manatın devalvasiyasından sonra ölkədə yaranmış iqtisadi vəziyyət barədə danışıb. Modern.az saytlı xəbər verir ki, o, manatın ucuzlaşmasından sonra Azərbaycan cəmiyyətində hər şeyin yerinə düşdüyünü bildirib.

Rüstəmovun sözlərinə görə, manatın korreksiyaya uğramasının zəruriliyini ekspertlər, bu sahədən başı çıxan insanlar daha yaxşı anlayır. Bununla yanaşı, qeyd edib ki, devalvasiyaya uğrayan manat yox, Azərbaycan neftidir:

“Vaxtı ilə neftin qiyməti 140 dollar idi. Bu gün isə qiymət 55 dollara qədər düşübsə, bunu düşünmək lazımdır. Buna reaksiya verməmək, görməzliyə vurmaq Azərbaycan iqtisadiyyatını uçuruma aparmaq kimi bir şeydir”.

Elman Rüstəmovun fikrincə, neftin qiymətinin düşməsi fonunda manatın məzənnəsinin aşağı salınması barədə Mərkəzi Bankın verdiyi qərar məsuliyyətlidir. O, deyib ki, manatın bugünkü qiymətini “idarə olunan üzən məzənnə” adlandırmaq olar: “Bu o deməkdir ki, dinamik olaraq dəyişən makroiqtisadi situasiyaya uyğun xarici valyutalara nisbətdə manatın dəyərini axtarıb tənzimlənməliyik. Məqsəd valyutamız və ixracatçılarımızın xeyir götürə bilməsi üçündür”.

E.Rüstəmov deyib ki, Azərbaycanda kəskin devalvasiya gözlənilmir.

"Lakin xarici bazarlarda baş verə biləcək hadisələr, xüsusilə neftin qiymətinin kəskin aşağı düşəcəyi halda, manat buna adaptasiya olacaq. Lakin bu gün əksər iri maliyyə institutlarının neftin qiyməti ilə bağlı proqnozları 50-55 dollardır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Bizim də cari il üzrə neftin qiyməti ilə bağlı hesablamalarımız 50-55 dollar civarındadır", - deyə o bildirib.

E. Rüstəmov qeyd edib ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti 50 dollardan götürüləcək.

Aqşin Kərimov
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə