Modern.az

Qasırğa Avropada 9 nəfəri öldürdü - VİDEO

Qasırğa Avropada 9 nəfəri öldürdü - VİDEO

1 Aprel 2015, 16:00


Almaniyanın, Avstriyanın və İsveçrənin bəzi rayonlarında baş verən güclü “Niklas” qasırğası ən azı 9 nəfərin ölümünə səbəb olub. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü külək ağacları kökündən aşırıb, avtomobilləri çevirib, elektrik xətlərini sıradan çıxarıb.

Təbii fəlakət Almaniyada nəqliyyat sistemini iflic edib, Düsseldorfla Köln, eləcə də Düsseldorfla Duysbur arasında dəmir yolu əlaqəsi kəsilib.

Frankfurt-Mayn hava limanında 150-yə yaxın uçuş ləğv olunub. Hazırda küləyin surəti azalıb, ancaq bəzi rayonlarda nəqliyyatın hərəkəti hələ də tam bərpa olunmayıb. 

 



Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir