Modern.az

Türkiyənin tanınmış media nümayəndələri sabah Bakıda olacaqlar

Türkiyənin tanınmış media nümayəndələri sabah Bakıda olacaqlar

Təhsil

1 Aprel 2015, 17:13

Aprelin 2-dən 5-dək Azərbaycan Mətbuat Şurasının dəvətilə Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri ölkəmizdə səfərdə olacaqlar. Qardaş ölkənin «Sabah», «Posta», «Hürriyyət» qəzetlərinin, Fox, NTV, ATV, «Kanal A», «CNNtürk» və digər telekanallarının, həmçinin Anadolu Agentliyinin məsul şəxslərindən ibarət nümayəndə heyətinə Türkiyə Qəzetcilər Federasiyası baş katibinin müavini Mehmet Ali Dim başçılıq edəcək.

Mətbuat Şurasından Modern.az-a bildirilib ki, səfərdən məqsəd Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətindəki aparılan fəaliyyətə dəstək göstərməkdən, o cümlədən I Avropa Olimpiya Oyunları ilə bağlı həyata keçirilməkdə olan işlərin geniş şəkildə işıqlandırılmasını təmin etməkdən, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.

MŞ-nin beynəlxalq əlaqələr komissiyasının müəyyənləşdirdiyi səfər proqramına əsasən qonaqlar Azərbaycan Respublikası Prezidentinin Administarsiyasında, Milli Məclisində, Heydər Əliyev Mərkəzində, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasında, I Avropa Oyunlarının Təşkilat Komitəsində, ADA Universitetində və Azərbaycan Mətbuat Şurasında görüşlər keçirəcək, həmçinin paytaxtdakı idman qurğuları ilə tanış olacaqlar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə