İstanbulda polis məntəqəsinə silahlı hücum olub. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisəni 2 kişi və 1 qadın törədib.
Polislərin atəş açması nəticəsində basqınçılardan olan qadın öldürülüb. Onun üzərində partlayıcı qurğu olduğu aşkar edilib.
Terrorçulardan biri saxlanılıb, digəri isə qaçıb. Hadisə nəticəsində bir polis əməkdaşı da xəsarət alıb.
Modern.az