Modern.az

Rusiyada balıqçı gəmisi batıb: 54 nəfər ölüb, 15 nəfər itkin düşüb

Rusiyada balıqçı gəmisi batıb: 54 nəfər ölüb, 15 nəfər itkin düşüb

2 Aprel 2015, 09:44

Rusiyaya məxsus balıqçı gəmisi Oxot dənizində batıb. Modern.az saytının “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, "Dalni Vostok" adlı balıqçı gəmisinin batması nəticəsindəçox sayda ölənlər və itkin düşənlər olub. Son məlumatlara  ölənlərin sayı 54-ə çatıb.
Ümumilikdə gəmidə 132 sərnişin və heyət üzvü olub ki, onlardan da 78-i Rusiya, 54-ü xarici vətəndaşlardır. Əcnəbilərin Litva, Birma, Ukrayna və Vanuatu vətəndaşla olduğu qeyd edilir.
Aparılan xilasetmə işləri nəticəsində 63 nəfərin həyatı qurtarılıb, 15 nəfər itkinin axtarışı isə davam etdirilir.
Hadisənin güclü qasırğa səbəbindən baş verdiyi bildirilir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir