Modern.az

Putin Sərkisyana xəbərdarlıq göndərib: “Bu haqda düşünmə”

Putin Sərkisyana xəbərdarlıq göndərib: “Bu haqda düşünmə”

Təhsil

2 Aprel 2015, 10:28

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin martın 30-31-də İrəvanda səfərdə olması Ermənistan mətbuatının əsas müzakirə etdiyi mövzulardan biridir.

Modern.az-ın verdiyi xəbərə görə Ermənistanın 1in.am analitik portalı Sergey Narışkinin səfəri ilə bağlı məqalə dərc edib. Məqalədə yazılıb ki, Rusiya Dövlət Dumasının səfərinin əsas məqsədi Ermənistanı xəbərdarlıq etmək olub.

“Rusiya Dövlət Dumasının sədrinin səfərinin əsas məqsədi o idi ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından imtina haqqında düşünməsin”,-deyə bildirib.  

O da qeyd olunub ki, Sergey Narışkinin İrəvandakı çıxışı Ermənistanın Avropa Birliyi ilə assosiasiya sazişini bağlaması arzusunun yanlış yol olduğu qənaətini yaradır.  

Aqşin Kərimov


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə