Modern.az

“Azadlıq-2015” böyük tədbir keçirəcək

“Azadlıq-2015” böyük tədbir keçirəcək

Təhsil

2 Aprel 2015, 10:51


Aprelin 1-də  “Azadlıq-2015” seçki blokunun iclası keçirilib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında baş tutan iclasda bloka daxil olan partiyalar mövcud ictimai-siyasi vəziyyəti müzakirə ediblər.

Bu barədə Modern.az saytına KXCP sədri Mirmahmud Mirəlioğlu məlumat verib. O, bildirib ki “Azadlıq-2015” Azərbaycanda və dünyada baş verən proseslərlə bağlı dəyirmi masa keçirməyi planlaşdırır.

“Aprelin 8-də Beynəlxalq Mətbuat Mərkəzində “Azadlıq-2015” seçki bloku “Dəyişən dünya və Azərbaycan: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirəcək”.

“Azadlıq-2015” seçki blokuna KXCP, Aydınlar Partiyası, Azad Demokratlar Partiyası, Böyük Azərbaycan Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Liberal Demokrrt Partiyası, Azadlıq Partiyası və Azərbaycan Xalq Partiyası daxildir.  

Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə