Aprelin 1-də gecə saatlarında Oxot dənizində batan Rusiyaya məxsus “Dalniy Vostok” traulerində xilas olunan 56 nəfərin adları açıqlanıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, xilas olunanlar arasında gəmi heyətindəki azərbaycanlılardan 3-ü də var. Bunlar M. Talıbov, İ.Sadıqov və F.Abdullayevdir.
Modern.az