Modern.az

Köçəryanın turp biznesinə girişən oğlu erməni kəndlilərini ac qoyub - VİDEO

Köçəryanın turp biznesinə girişən oğlu erməni kəndlilərini ac qoyub - VİDEO

Təhsil

2 Aprel 2015, 11:58

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın böyük oğlu Sedrak Köçəryan turp biznesi ilə məşğul olmağa başlayıb. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ararat vilayətinin Burastan və Şaumyan kəndlərinin sakinləri Sedrak Köçəryanın icmaya məxsus 30 hektar ərazidə istixana saldığını deyiblər.

“Kəndçilərə heç nə vermirlər. Bu bir yana, bütün iri təsərrüfatlar aqrar sahəyə də ayaq açıb. İndi Köçəryanın oğlu da burada turp əkib və bütün torpaqları satın alaraq istixana düzəldib” - deyə kənd sakinləri jurnalistlərə şikayətləniblər.

Onların sözlərinə görə Artaşat icmasının ərazisində yerləşən “Qrinhaus” kompleksi eks-prezident Robert Köçəryanın oğlu Sedrak Köçəryana məxsusdur. Ona məxsus istixanada əldə edilən məhsullar isə xarici dövlətə ixrac olunmur, əvəzində yerli bazarda satılır.
Burastan və Şaumyan kəndlərinin sakinləri daha turp əkməyəcəklərini bildiriblər.

“Əgər yüksək texnologiyalar əsasında çalışan iri təsərrüfatlar məhsulun topdan satışına başlayıblarsa, kəndlilərin istehsal etdikləri məhsullar təbii ki, satılmayacaq.

O da məlum olub ki, eks-prezident oğluna məxsus “Qrinhaus” kompleski 2017-ci il iyulun 10-na qədər “əlavə gəlir vergi”sindən azad olunub. 30 hektar sahəsi olan istixanaya başqa imtiyaz da verilib – xarici avadanlıqların gömrük haqqı alınmadan idxal olunması.

Erməni kəndliləri qazanc olmadığı üçün ölkəni tərk etdiklərini, yaxud da iri təsərrüfatlarda günəmuzd işlədiklərini deyiblər.    

Robert Köçəryanın böyük oğlu, 1981-ci ildə Azərbaycanın Xankəndi şəhərində anadan olan Sedrak Köçəryan Ermənistanlın ən zəngin biznesmenlərindən hesab olunur. O “Fast Kart” ASC, “Pley Siti” idman-əyləncə mərkəzi, “Toyota” şirkətinin Ermənistandakı rəsmi dileri “Toyota Yerevan”, dünya paltar brendlərini Ermənistanda təmsil edən “Qritti” ASC və kənd təsərrüfatı biznesi ilə məşğul olan “Qrinhaus” kompleksinin sahibidir.  

 


Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə