Modern.az

Dünyanın ən yaşlı sakini Obamanı öz ad gününə dəvət etdi

Dünyanın ən yaşlı sakini Obamanı öz ad gününə dəvət etdi

Təhsil

2 Aprel 2015, 13:24


ABŞ-ın Arkanzas ştatında yaşayan dünyanın ən yaşlı sakini Gertrud Uiver ABŞ prezidenti Barak Obamanı özünün ad gününə dəvət edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Uiverin bu il iyul ayının 4-də 117 yaşı tamam olacaq. Dünyanın ən yaşlı qadının ən böyük arzusu ad gününü Obama ilə birgə qeyd etməkdir.

“O, həqiqətən ad günün prezidentlə qeyd etmək istəyir. O, iki dəfə Obamaya səs verib və bu onun ən böyük arzudur”,  - deyə Gertrudanın yaşadığı sağlamlıq və reabilitasiya mərkəzinin administratoru Ketli Linqli bildirib.

Şahin Qocayev

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə