Nazir xatırladıb ki, 12-28 iyunda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar hələ ötən ilin oktyabr ayında Nazirlər Kabineti təhsil müəssisələrində tədris ilinin müddətinin dəyişdirilməsi ilə bağlı qərar verib. Həmin qərar əsasında mayın 31-ə kimi bütün təhsil müəssisələrində - ümumu təhsil, ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesi və imtahan sessiyasının başa çatdırılması nəzərdə tutulur:
Nazir I Avropa Oyunlarının Azərbaycanın idman tarixi və ictimai həyatında çox böyük bir hadisə olduğunu vurğulayıb.
Gülşən RAUFQIZI