Modern.az

Gəmi qəzasında ölənlərin sayı 56-ya çatdı, daha 1 azərbaycanlı xilas olundu

Gəmi qəzasında ölənlərin sayı 56-ya çatdı, daha 1 azərbaycanlı xilas olundu

Dünya

2 Aprel 2015, 16:02


Rusiyanın Oxot dənizində baş verən gəmi qəzasında həlak olanların sayı 56 nəfərə çatıb. Modern.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Uzaq Şərq regional mərkəzindən məlumat verilib.

Oxot dənizində aparılan axtarış-xilasetmə əməliyyatları zamanı gəmi heyətinin daha bir azərbaycanlı üzvü Yaşar Əliyev xilas olunub. Bununla da Mayilağa Talıbov, Elman Əliyev İmaməddin Sadıqovdan sonra sayca 4-cü azərbaycanlı xilas edilib. Fazil Şakirov, Muradəli Məhərrəmov və Məhəmməd Səfərovun aqibətləri barəsində heç bir məlumat yoxdur.

Rusiya prezidenti Vladimir Putin isə həlak olan və yaralanan şəxslərin ailələrinə yardım göstərilməsi ilə bağlı göstəriş verib. Putinin mətbuat xidmətini rəhbəri Dmitri Peskov Oxot dənizindəki faciənin ölkə prezidentinin şəxsi nəzarəti altında olduğunu deyib.   

 Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır