Modern.az

Zakir Həsənov gürcü həmkarı ilə hərbi-siyasi vəziyyəti müzakirə etdi

Zakir Həsənov gürcü həmkarı ilə hərbi-siyasi vəziyyəti müzakirə etdi

Təhsil

2 Aprel 2015, 16:47


Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri görüşüblər.

Modern.az xəbər verir ki,  aprelin 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Gürcüstanın müdafiə naziri Mindia Canelidze arasında ikitərəfli formatda görüş keçirilib.  

Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ölkələrimiz arasında aparılan danışıqların və keçirilən görüşlərin strateji əhəmiyyəti vurğulanıb, hərbi sahədə əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və kadr hazırlığı məsələlərinə xüsusi diqqət yetirilib.  

Sonra tərəflər regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Modern.az 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə