Mart 31-dən aprelin 2-dək NATO Parlament Asambleyasının Belqradda davam edən 88-ci Rouz-Rot seminarının sonuncu 7-ci sesiyasında «Belqradla Priştina arasında Brüssel dialoqu: irəliyə doğru» mövzusunda müzakirələr və çıxışlar Kosovo məsələsi ilə bağlı ciddi arqumentlər ortaya qoyub. İclasa almaniyalı deputat NATO PA-nın NATO tərəfdaşları alt komitəsinin rəhbəri Karl Lamers sədrlik edib.
Modern.az saytının məlumatına görə, Kosovo məsələsi ilə bağlı Serbiya nümayəndə heyətinin rəhbəri Draqon zalda əyləşənlərə sual verərək, ciddi müzakirələrə yol açıb və digər münaqişələr sırasında Dağlıq Qarabağ məsələsinə də toxunub.
Çıxış üçün müraciət edən azərbaycanlı deputat Rauf Əliyev söz istəyib. Lakin iclasa dərlik edən Lamers ona söz vermək istəməyib. Bu zaman deputat Rauf Əliyev tribunaya yaxınlaşıb və Lamersə ciddi şəkildə etirazını bildirib. Rauf Əliyev uzun məsafə qət edərək seminara gəldiyini və çıxış etmək üçün söz verilməməsinin səbəbini soruşub. R.Əliyev Ermənistanın beynəlxalq hüqüq normalarını pozaraq, Azərbaycan ərazilərini işğal etdiyini, Ermənistanın işğalçı dövlət olduğunu və 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməsinə məhəl qoymamağını, işğalın davam etdiyini toplantı iştirakçılarının nəzərinə çatdırıb.
Lamers deputat Rauf Əliyevə carı ilin iyununda Ermənistanda keçiriləcək Rous-Rot seminarında bu cür münaqişələrin geniş müzakirə olunacağına söz verib.
Modern.az