Modern.az

Ermənistanda ağır cinayətlərin sayı artıb

Ermənistanda ağır cinayətlərin sayı artıb

2 Aprel 2015, 17:34

2014-cü ildə Ermənistanda baş verən cinayətlərin sayı ümumilikdə azalsa da, orta ağır, ağır və xüsusilə ağır cinayətlərin sayı çoxalıb. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, ölkənin baş prokurorluğunun yaydığı məlumata görə, ötən il ölkədə orta ağır cinayətlərin sayı 330 fakt (2013-cü ildə 3743 belə cinayət baş veribsə, ötən il bu göstərici 4073 olub), ağır cinayətlərin sayı 231 fakt artıb (2013-cü ildə 3088, 2014-cü ildə 3319 olub). Məlumatda vurğulanır ki, bununla belə, ağır cinayət faktlarının üstünün açılmasında 2013-cü ilə müqayisədə (80,8 faiz) ötən il artım (86,1 faiz) qeydə alınıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı