"İslam dövləti" (İŞİD) terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi Almaniya vətəndaşı olan gənc xanımla evlənib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, "Əs-Sumariyyə" telekanalının yaydığı məlumata görə adı açıqlanmayan qadın Suriya vasitəsilə İraqa gəlib. Əl-Bağdadi ilə alman qadın arasında nigah Mosul şəhərində tam məxfi şəraitdə qıyılıb.
Qeyd olunur ki, "İŞİD" liderinin xanımı təşkilata qoşulmuş qadınların təşkilatlanması ilə məşğul olur.
"İslam dövləti" 2014-cü ilin yayında İraq və Suriyada geniş ərazilət işğal edərək xilafət yaratdığını elan edib. ABŞ prezidenti Barak Obama təşkilatı dünyanın əsas 3 qlobal problemindən biri adlanıdırıb.
Hazırda "İslam dövləti" Suriya və İraq qoşunlarına, kürd peşmərgələrinə və keçmiş müttəfiqi "Əl Nüsrə Cəbhəsi" qruplaşmasına qarşı döyüş aparır. Paralel olaraq ABŞ başda olmaqla koalisya qüvvələri qruplaşmanın mövqelərini müntəzəm bombalayır.
Vüqar İsmayılov