Modern.az

Sərkisyanın bəyanatı Ermənistanda təlaş yaradıb

Sərkisyanın bəyanatı Ermənistanda təlaş yaradıb

2 Aprel 2015, 22:08

Serj Sərkisyanın Azərbaycanın Rusiyadan silah almasına qorxu ilə yanaşması Ermənistan siyasi dairələrində gündəmdədir.

Modern.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə ölkə parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasının sədri Artak Zakaryan da narahatlığını dilə gətirib.

O bildirib ki, Rusiyanın Ermənistan prezidenti Serj Sərkisyanın bəyanatına hələ də cavab verməməsi narahatlıq yaradır. 

“Biz iki ölkə arasında ticarətə, həmçinin silah ticarətinə qarşı deyilik. Amma bu silahlar sonradan birbaşa təhlükəyə çevrilir və tətbiq edilir”,-deyə erməni deputat söyləyib.  

Qeyd edək ki, martın 18-də  Ermənistan rəhbəri Serj Sərkisyan “Ararat ətəklərində” mediaforumunda çıxışı zamanı Rusiyanın Azərbaycana silah satmasından narahatlığını və qorxusunu da gizlətməyib.  

“Rusiya müxtəlif səbəblərə əsaslanaraq Azərbaycana silah satır. Burada problem silahların keyfiyyətində deyil. Məsələ ondadır ki, sərhəddə duran erməni hərbi qulluqçusu onu Rusiya silahı ilə məhv etmək istədiklərini anlayır”,-deyə o bildirib.  

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir