Modern.az

Avropa Birliyi və ABŞ İrana qarşı sanksiyaları ləğv etdi

Avropa Birliyi və ABŞ İrana qarşı sanksiyaları ləğv etdi

Təhsil

3 Aprel 2015, 00:18


Avropa Birliyi Lozannadakı danışıqların nəticəsinə görə Tehrana qarşı sanksiyaları ləğv etmək haqqında qərar qəbul edib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirib.  

Onun sözlərinə görə Avropa İttifaqı İrana qarşı nüvə məsələsində tətbiq etdiyi  bütün maliyyə və iqtisadi sanksiyalara son qoyacaq.  

Ali diplomat bildirib ki,  ABŞ da nüvə problemi ilə əlaqədar  ikinci dərəcəli iqtisadi və maliyyə sanksiyaların tətbiqini dayandıracaq.  

Qeyd edək ki, Lozannada “altılıq” ölkələrinin (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) Tehranın nüvə proqramına dair  İranla apardığı danışıqlarda razılıq əldə edilib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə