Modern.az

Obama İranla əldə edilən razılaşmanı ABŞ-SSRİ anlaşması ilə müqayisə etdi

Obama İranla əldə edilən razılaşmanı ABŞ-SSRİ anlaşması ilə müqayisə etdi

3 Aprel 2015, 01:00

 ABŞ prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı Lozannada əldə edilən razılığa münasibət bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Barak Obama İranla bağlı məsələni ABŞ-SSRİ arasında əldə edilmiş razılaşma ilə müqayisə edib.  

“Riçard Niksonun və Ronald Reyqanın prezidentlikləri dövründə soyuq müharibə pik vaxtında nüvə silahlandırmalarının məhdudiyyəti üzrə tarixi razılaşma bağlanmışdı”,-deyə Ağ Ev rəhbəri qeyd edib.  

Onun sözlərinə görə həmi razılaşmalar ideal  və təhlükələri aradan qaldırmaq xarakterində olmayıb.  

“Amma buna baxmayaraq bu, dünyanı təhlükəsiz etdi. İranla sövdələşmə də həmin anlamı daşıyır”,-deyə o əlavə edib. 

Bildirək ki, Lozannada “altılıq” ölkələri ilə (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) İranın apardığı danışıqlarda Tehranın nüvə siyasəti ilə bağlı əsas parametrlər üzrə razılıq əldə edilib.

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı