Modern.az

Fəzail Ağamalı: “Bəzi qüvvələr Azərbaycan əleyhinə koalisiyada iştirak edir”

Fəzail Ağamalı: “Bəzi qüvvələr Azərbaycan əleyhinə koalisiyada iştirak edir”

3 Aprel 2015, 12:15

Bu dəqiqələrdə Milli Məclisin iclası başlayıb. Modern.az saytı xəbər verir ki, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı I Avropa Oyunlarına qarşı çıxan dairələrdən söz açıb. O, bildirib ki, Azərbaycan əleyhinə koalisiyada bir sıra qüvvələr iştirak edir.

Fəzail Ağamalının fikrincə, bəziləri I Avropa Oyunlarının reallaşmaması üçün qarayaxma kampaniyası aparır. “Eurovizion” mahnı yarışmasında da belə hal müşahidə edilirdi. Lakin bu beynəlxalq yarış reallaşdı”.  

Deputat iddia edib ki, Azərbaycan I Avropa Oyunları ilə bağlı öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcək.  

Aqşin Kərimov
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə