Ermənistan ordusu bu ilin ilk 3 ayında 26 hərbçisini itirib. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaşı Assambleyasının Ermənistanın Vanadzor şəhərindəki ofisi məlumat verib. Yayılan hesabatda göstərilir ki, 26 ölüm faktının 19-u atəşkəs rejiminin pozulması, 2-si qətl, 2-si özünə qəsd, 1-i təhlükəsizlik qaydalarının pozulması və 1-i xəstəlik nəticəsində qeydə alınıb.
Atəşkəs rejiminin pozulması nəticəsində qeydə alınan 19 ölüm faktının 15-i Dağlıq Qarabağ, 4-ü isə Ermənistan ərazisində baş verib. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi 2014-cü ildə Erməniastan ordsunun döyüş itkilərinin 26 olduğunu da diqqətə çatdırıb. Rusiyanın Gümrüdəki hərbi bazasında xidmət edən Artur Afyanın ölüm faktı statistikaya daxil edilməyib.
Modern.az