Moskvanın Xamovniki məhkəməsi Türkiyə səfirliyinin qapılarını odlu silahdan atəşə tutan Artur Mirzəyanı əməlinə görə 2 il müddətinə azadlıqdan məhrum edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, erməni əsilli Rusiya vətəndaşı cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək.
Artur Mirzəyanın vəkili Georgi Şatvoryan məhkəmə qərarından apellasiya şikayəti verəcəklərini deyib.
2014-cü il avqustun 18-də Türkiyə səfirliyinə yaxınlaşan Artur Mirzəyan üzərində gəzdirdiyi ov tüfəngindən səfirliyin fasadındakı lövhəyə atəş açıb. Hadisə yerində tutulan Mirzəyana qarşı “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb.
Modern.az