Modern.az

O, 300-dən artıq faşist öldürmüşdü...

O, 300-dən artıq faşist öldürmüşdü...

Dünya

3 Aprel 2015, 15:03



Bu yazın ən gözlənilən filmlərdən biri olan “Sevastopol uğrunda döyüş” Park Cinema | Flame Towers-da  mətbuat işçiləri üçün nümayiş etdirilib. Rusiya və Ukrayna kinematoqrafçılarının birgə ərsəyə gətirdiyi bu film əfsanəvi snayper qadın Lyudmila Pavliçenkonun gerçək həyat hekayəsindən bəhs edir.

Bu kövrək qadının taleyini müharibə tamamilə dəyişdi. Sovet əsgərləri onun adı ilə döyüşə gedirdi, düşmənlər isə onu tapmağa çalışırdı. Döyüş meydanında o, ölüm və zülm görürdü, lakin onun üçün ən ağır sınaq sevgi oldu. O, yaxınlarını və dostlarını itirdi, ABŞ-ın birinci xanımı - Eleonora Ruzveltlə tanış oldu. Onun Amerikadakı çıxışı İkinci dünya müharibəsinin gedişinə təsir etdi. O, bütün döyüşlərdə əsgər, diplomat və qadın kimi qalib gəldi.

Filmin hadisələri müharibənin ən dəhşətli dövrlərindən biri - Sevastopol uğrunda döyüş zamanı baş verir. Müdafiə 250 gün çəkdi, lakin şəhər təslim edildi.

“Sevastopol uğrunda döyüş” dramatik səhnələrlə uyğunlaşan mükəmməl tərzdə çəkilmiş döyüş və kamera səhnələriylə zəngindir. Tamaşaçı özünü nəyinki filmin hadisələrində, hətta personajların qəlbində belə hiss edir. Yuliya Perisildin (Lyudmila) möhtəşəm aktyor oyunu, mükəmməl film istehsalı, təsiredici operator işi, qəlblərə toxunan Polina Qaqarinanın ifa etdiyi «Кукушка», Okean Elzanın «Обıйми» adlı mahnıları, və bütün insani hisslərə toxunan inanılmaz möhkəm ruhlu qadın haqqında süjet Sizi laqeyd qoymayacaq...

Mətbuat üçün nümayiş 20-ci əsr Foks MDB kinokompaniyası və Film Distribution International tərəfindən təşkil olunub.

“Sevastopol uğrunda döyüş” 2 aprel tarixindən Park Cinema-da izləmək mümkündür.

F.Əliyeva  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır