Modern.az

YAP Nəsimi rayon təşkilatının GB-nə yeni sədr seçilib

YAP Nəsimi rayon təşkilatının GB-nə  yeni sədr  seçilib

Təhsil

3 Aprel 2015, 14:20


Bu gün Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının Gənclər Birliyinin  IV Rayon  hesabat seçki konfransı keçirilib. Modern.az xəbər verir ki, konfrans  yaxın zamanlarda keçiriləcək Yeni Azərbaycan Partiyası  Gənclər Birliyinin  IV ümumrespublika konfransına hazırlıq məqsədilə keçirilib. Konfrasda 240 nəfər partiyanın gənc fəalları iştirak edib. Konfrasda təşkilatı məsələlərə  də baxılıb.

YAP-nın Nəsimi Rayon Təşkilatının Gənclər Birliyinin Şura üzvlərinin , YAP  Gənclər Birliyinin  IV ümumrespublika konfransına nümayəndələr, İdarə Heyyətinin yeni tərkibi müəyyənləşərək , təsdiq olunub, Rayon Təşkilatının GB-nə yeni  sədr seçilib. YAP Nəsimi rayon təşkilatının GB-nə sədr seçilmiş Elnur Rəhimov 2011-ci ildən partiyanın üzvüdür, ali təhsilinin bakalavar hissəsini Turkiyədə, magistraturanı isə İsveçrədə alıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə