Modern.az

Çingiz Abdullayev “Neftçi”nin futbolçuları ilə görüşdü - FOTOLAR

Çingiz Abdullayev “Neftçi”nin futbolçuları ilə görüşdü - FOTOLAR

Təhsil

3 Aprel 2015, 15:33

“Neftçi” futbol klubunun Müşahidə Şurasının yeni sədri Çingiz Abdullayev və şuranın üzvləri – Sadıq Sadıqov, Mübariz Zeynalov, Səməd Qurbanov, Cəbrayıl Cəbrayılov, Zaur Qəhrəmanov, Bəhram Bağırzadə bu gün klubun bazasına baş çəkiblər.

Klubun saytında verilən məlumata görə, Ç.Abdullayev komanda üzvləri ilə görüşdə onları “Bakı” klubu üzərində qazanılmış 2:0 hesablı qələbə münasibətilə təbrik edərək, Zaqatala səfəri öncəsi uğurlar arzulayıb.

Müşahidə Şurasının üzvləri bazanı gəzərək şəraitlə tanış olublar.













Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə