Modern.az

Allahşükür Paşazadə Roma papasına məktub yazdı

Allahşükür Paşazadə Roma papasına məktub yazdı

Təhsil

3 Aprel 2015, 16:30



Aprelin 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Seyxülislam Allahşükür Paşazadə Vatikanın Cənubi Qafqaz üzrə elçisi Nunsi Marek  Solçinskini qəbul etdi.

Modern.az xəbər verir ki, görüşdə Vatikanla Qafqazın dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi arasında mövcud dini-mənəvi əlaqələr  və onların inkişaf perspektivləri müzakirə edilib. Roma Papası Fransiskə səmimi salamlarını və xoş arzularını yetirməyi xahiş edən Şeyxülislam A.Paşazadə qarşıdan gələn Pasxa bayramı münasibətilə dünya katoliklərini təbrik edib və zati-müqəddəslərinə təbrik məktubunu elçiyə təqdim edib.

Nunsi Marek Solçinski görüş imkanına görə QMİ sədrinə minnətdarlığını bildirib, Vatikan-Azərbaycan əlaqələrinin yüksək səviyyəsindən razılıq ifadə etdi və bu əlaqələrin inkişafında Şeyxülislamın rolunun Vatikan tərəfindən dəyərləndirildiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycandakı katolik icmasının başçısı ordinari Vladimir Fekete iştirak edib.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə