Modern.az

Aktyor atasını öldürdü

Aktyor atasını öldürdü

Dünya

3 Aprel 2015, 16:35

Türkiyənin 30 yaşlı məşhur serial aktyoru Orxan Şimsək atasının boğazını kəsərək öldürüb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu ölkədə məşhur “Sultan”, “Küçük gəlin”, “Gənco”, “Nəfəs”, “Karamel” seriallarında rol alan aktyor yanvar ayından etibarən gözə dəymirdi.

Uzun  müddət idi psixoloji müalicə alan aktyorun Türkiyənin Adıyaman adlanan ərazisində atası Əli Şimşəyin boğazını kəsərək öldürdüyü məlum olub. Aktyor polisə təslim olandan  sonra boğazı kəsilərək öldürülən atasının cəsədi tarladan tapılıb.

 

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!