Modern.az

İstintaq Nemtsovun uşaqlarını zərərçəkən kimi tanıdı

İstintaq Nemtsovun uşaqlarını zərərçəkən kimi tanıdı

Dünya

3 Aprel 2015, 21:06


İstintaq qətlə yetirilən Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun 4 övladının hamısını zərərçəkən kimi tanıyıb. Modern.az bildirir ki, bu haqda “RİA Novosti” vəkil Vadim Proxorova istinadən məlumat verib. Onun sözlərinə görə, istintaq aprelin 3-də Nemtsovun 4 uşağını onun öldürülməsi ilə bağlı açılan cinayət işi üzrə zərərçəkən kimi tanıyıb: “Onların anaları isə bu işdə onların maraqlarını təmsil edən nümayəndələrdir”.

Boris Nemtsov fevralın 27-də gecə Moskvanın mərkəzində, Kremlin yaxınlığında qətlə yetirilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!