Bışoqorodski məhkəməsi Kiyev vilayəti prokurorluğunun iddiasını təmin edərək Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə məxsus “Akasiya” və “Ostrov” rezidensiyalarının yerləşdiyi 5 hektarlıq meşə sahəsini dövlətə qaytarıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yanukoviçin hakimiyyətdə olduğu dövrdə Kiyev vilayət administrasiyası torpağı meşə təsərrüfatından alıb və 2009-cu ildə şəxsi kəndli təsərrüfatı üçün “Dom lesnika” şirkətinin mülkiyyətinə keçirib.
Mart ayının əvvəlində apelyasiya məhkəməsi Yanukoviçdən meşə fonduna məxsus 8, 8 hektar torpağı da alıb. Bundan bir qədər öncə isə Ukrayna Baş Prokurorluğu Yanukoviçin sevgilisi Lyubovi Polejaya məxsus “Slavutiç” uşaq sanatoriyasının dövlətə qaytarılmasını tələb edib.
Modern.az