Modern.az

Rüşvət alan müstəntiq tutuldu

Rüşvət alan müstəntiq tutuldu

3 Aprel 2015, 23:55

Ermənistan İstintaq Komitəsinin xüsusi işlər üzrə baş müstəntiqi Armen C. külli miqdarda rüşvət almaqda şübhəli bilinərək saxlanılıb. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, Xüsusi İstintaq Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı müstəntiqin 2014-cü ildə rüşvət aldığı müəyyən edilib. O, cinayət törətməkdə şübhəli bilinən Karapet M., onun dostu Misak S. və naməlum Robertdən barələrində çıxarılan həbs qətimkan tədbirinin ölkədən getməməklə bağlı tədbirlə dəyişdirilməsi üçün onlardan 2 min dollar rüşvət tələb edib. Müstəntiq həmin məbləğin bir hissəsini adları çəkilənlərin valideynlərindən alıb. İstintaq davam edir.

  Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?