Modern.az

Yəməndəki azərbaycanlı tələbənin anası danışıb - VİDEO

Yəməndəki azərbaycanlı tələbənin anası danışıb - VİDEO

Təhsil

4 Aprel 2015, 13:53


Müharibə gedən Yəməndə qalan azərbaycanlılardan biri də tələbə Adil İmamquliyevdir. Modern.az saytı xəbər verir ki, Space TV-nin əməkdaşı A.İmamverdiyevin ailəsində olub.

Adilin anası Pərvanə İmamquliyev düz bir həftədir ki, səbirsizliklə oğlunu gözləyir. Onun sözlərinə görə, Adil 1 il 6 aydır ki, Yəmənə təhsil almaq üçün yollanıb. Amma vəziyyətin birdən-birə pisləşmısi oğlunu geri dönmək məcburiyyətində qoyub : «Gecə saat 12- idi. “Xəbərlər”də həmin gecə göstərdilər. Götürdük zəng elədik. Dedi “ana ara qarşıb burda”. Bir həftədir ki, gözləyirik. Bütün kanallarda elan verirlər ki, gələcək. Hələ bir məlumat yoxdur. Geclər də gözümə yuxu getmir».

Adil “Yəməndə xarici dil üzrə tərcüməçi və müəllimlik ixtisasına yiyələnərəm” deyib, amma orda da təhsili yarımçıq qalıb. Çünki müharibə başlayandan Yəməndə məktəblər bağlanıb: «Ona görə də ölkəni tərk eləmək istəyirlər. İstəyirlər öz vətənimizə qayıtsınlar».

Pərvanə İmamquliyeva dünən oğlunun və digər azərbaycanlıların nəyə görə yola düşmədiyini də açıqlayıb. Onun sözərinə görə, Rusiyaya gedən təyyarəyə növbəyə dayanan çox olub ona görə də, Adil növbəti təyyarələri gözləyir: «Harda ki, təhlükəsiz yerlər var, ora sığınıb gözləyirlər».

Adildən başqa Yəməndə Fuad İmanquliyev, onun yoldaşı Şəhla İmanquliyeva və dörd övladı da var. Adillə anasigil vaxtaşırı əlaqə saxlamağa çalşırlar. Amma bəzən telefonlara zəng çatmır. Təsadüfən həmin vaxt Aqil evlərinə zəng edib. Adil anasına təskinlik verərək sakitləşdirib.
Qeyd edək ki, Adil İmamquliyev 1992-ci ildə Gədəbəy rayonunda anadan olub, ailənin 2 övladından ilkidir. Hərbi xidmətdən sonra Yəmənə təhsil arxasınca yollanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə